EN

Parisdə yenə QARƏT: "Swarovski" mağazasından 200 minlik OĞURLUQ EDİLDİ

Parisdə "Swarovski" zinət əşyaları mağazasından 200 min avro dəyərində bəzək əşyaları və saatlar oğurlanıb. Ajans.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, qarət gecə vaxtı baş tutub. Polisin məlumatına görə, zərgərlik mağazasında siqnalizasiya işə düşməyib və müşahidə kameraları soyğunçuları qeydə almayıb. Hadisə yalnız səhər mağaza açılarkən məlum olub. Giriş qapısı sındırılmış, kassa aparatı talan edilmiş, bütün vitrinlər sındırılmışdı.

Xatırladaq ki, oktyabrın 19-da Fransanın paytaxtı Parisdə Luvr muzeyində dünya mediasının diqqətindən düşməyən soyğunçuluq hadisəsi baş vermişdi.

Chosen
60
Ajans.az

1Sources