EN

Nyu-Yorkda mer demokrat seçilsə, şəhərə federal maliyyə məhdudlaşdırılacaq- Tramp

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdakı mer seçkilərində Demokrat namizəd Zöhran Məmdani qalib gələrsə, şəhər üçün federal maliyyələşdirməni məhdudlaşdıracaq.

Musavat.com xəbər verir ki, bu xəbərdarlığı Tramp Truth Social hesabında yayıb. Onun vsözlərinə görə, kommunist namizəd Zöhran Məmdani mer seçkilərində qalib gələrsə, Nyu-York şəhərinə "minimumdan artıq" "federal vəsait ayırması" "çox az ehtimal olunur". Tramp əvvəllər dəfələrlə özünü "demokratik sosialist" adlandıran Məmdanini kommunist hesab etdiyini bildirib. Nyu-Yorkda mer seçkiləri 4 noyabra təyin edilib.

ABŞ prezidenti əmindir ki, Məmdani qalib gələrsə, "bir vaxtlar böyük olan bu şəhərin uğur qazanmaq və ya hətta yaşamaq şansı sıfırdır". Trampın sözlərinə görə, "kommunistin rəhbərliyi altında vəziyyət yalnız daha da pisləşə bilər": "Bu ölkəni idarə etmək mənim məsuliyyətimdir. Və mən dərindən əminəm ki, Mamdani qalib gələrsə, Nyu-York şəhəri tam və tamamilə iqtisadi və sosial çöküşlə üzləşəcək. Onun müdafiə etdiyi prinsiplər min ildən çoxdur ki, sınaqdan keçirilib və heç vaxt uğur qazanmayıb".

Respublikaçı lider ölkənin ən böyük metropolunun sakinlərini keçmiş Nyu-York qubernatoru Endryu Kuomoya səs verməyə çağırıb. O, Demokratdır, lakin müstəqil olaraq merliyə namizədliyini irəli sürür: "Mən əvvəllər tamamilə uğursuz olmuş təcrübəsiz kommunistdənsə, uğur qazanmaqda təcrübəsi olan bir demokratın qalib gəlməsini üstün tutardım".

Musavat.com

Chosen
46
musavat.com

1Sources