EN

Bessent Ali Məhkəmənin iclasına qatılacaq

ABŞ Maliyyə naziri Skott Bessent Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərin taleyini müəyyən etmək üçün Ali Məhkəmənin noyabrın 5-də keçiriləcək iclasında iştirak etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, Tramp özü diqqəti tariflərin potensial qanuniliyindən yayındırmaq istəmədiyini əsas gətirərək iclasa qatılmayacağını açıqlayıb. Lakin Bessent Ali Məhkəmənin iclasında iştirak etməyi planlaşdırır və "ön sırada yer" almağa ümid edir. "Bu, milli təhlükəsizlik məsələsidir", - deyə o, Fox News-a verdiyi müsahibədə bildirib.

Ali Məhkəmə ABŞ administrasiyası tərəfindən tətbiq edilən çoxsaylı tariflərin qanuniliyini araşdırmaq üçün 5 noyabr tarixinə iclas təyin edib. ABŞ hökumətinə qarşı iddia bir qrup biznes nümayəndəsi tərəfindən qaldırılıb. Onlar  tariflərin qanunsuz olduğunu və şirkətlərinə zərər verdiyini bildirirlər. 29 avqustda Kolumbiya Dairəsi üzrə Apelyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verib. 4 sentyabrda prezident administrasiyası qərarı ləğv etmək üçün Ali Məhkəməyə müraciət edib.

 

Musavat.com

Chosen
21
musavat.com

1Sources