EN

Çin birtərəfli vizasız rejimi 2026-cı ilin sonunadək uzadıb

Bakı. Trend:

Çin 40-dan çox ölkənin vətəndaşları üçün birtərəfli vizasızrejimin müddətini 31 dekabr 2026-cı ilə qədər uzadıb.

Trend xəbər verirki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Əvvəllər bəzi ölkələr üçün vizasız rejimin bu ilin sonunda başaçatacağı planlaşdırılırdı. Yeni qərara əsasən, İsveç də Çinəvizasız səfər edə bilən ölkələr siyahısına daxil edilib. İsveçvətəndaşları 2025-ci il noyabrın 10-dan 2026-cı il dekabrın 31-dəkÇinə vizasız daxil ola biləcəklər.

Vizasız rejim Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya,İsveçrə, İrlandiya və Macarıstan da daxil olmaqla bir sıraölkələrin adi pasport sahiblərinə şamil olunur. Bu rejim turizm,işgüzar əlaqələr, qohum və dost ziyarətləri, eləcə də tranzitsəfərləri üçün nəzərdə tutulub.

Qaydalara əsasən, vizasız ölkədə qalma müddəti 30 günə qədərmüəyyən edilib.

Chosen
74
az.trend.az

1Sources