EN

Rusiyada avtomobil sənayesi çökür

Rusiyada avtomobil istehsalı sürətlə azalır və sənaye yenidən müharibənin ilk aylarındakı böhran səviyyəsinə qayıdır.

Musavat.com xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə avtomobil istehsalı 20 faiz azalıb. Hər rübdə geriləmə daha da dərinləşir.

Müharibənin ilk ilində Rusiya avtomobil sənayesi istehsalın yarısını itirmiş, illik buraxılış təxminən 450 min avtomobilə düşmüşdü. Bu, SSRİ dövründən — Tolyatti və Qorki zavodlarının fəaliyyətə başlamasından bəri ən aşağı göstərici sayılır.

2023-cü ilin ortalarında istehsal böhrandan əvvəlki səviyyənin 80 faizinə qədər bərpa olunsa da, hazırda bu rəqəm yenidən 50 faizə enib. 

402b746e-3b35-43f5-b6fe-00639326b8c4.jpeg

Ən ciddi azalma yük maşınları sektorunda müşahidə olunur: doqquz ay ərzində 30 faiz, yalnız sentyabr ayında isə 41 faiz geriləmə qeydə alınıb. Yeni avtomobillərin satışı da 22 faiz azalıb — bu, 2010-cu illərin əvvəllərindəki göstəricilərdən 2–2,5 dəfə azdır.

Ekspertlər bildirirlər ki, avtomobil artıq Rusiyada əhalinin böyük hissəsi üçün əlçatmaz lüksə çevrilib. Buna sanksiyalar, rublun ucuzlaşması, əhalinin gəlirlərinin azalması və Qərb texnologiyalarının çatışmazlığı səbəb olub.

İqtisadçılar yaxın illərdə vəziyyətin yaxşılaşacağını gözləmədiklərini və Rusiya avtomobil sənayesinin “struktur iflas” mərhələsinə girdiyini vurğulayırlar. 

 

Musavat.com

Chosen
25
4
musavat.com

5Sources