EN

Ukraynaya yeni hərbi yardımı elan edəcəyik Krosetto

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukraynaya yeni hərbi yardım paketi hazırlamışıq və yaxın vaxtlarda təqdim etməyi planlaşdırırıq.

Axar.az xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krosetto bildirib.

Krosetto İtaliyanın Ukraynaya bacardığı qədər kömək etməyə davam edəcəyini söyləyib:

"Ukrayna ilə bağlı bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz Kiyevə bacardığımız qədər kömək etməyə davam edirik. Çox güman ki, yeni paket hazırlayacağıq, onu da yaxın vaxtlarda digər paketlərlə eyni formatda təqdim edəcəyəm"

Nazir qeyd edib ki, bu, Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlayandan bəri 12-ci hərbi yardım paketi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
axar.az

1Sources