EN

“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsi çərçivəsində tədbir keçirilib - FOTOLAR

01 noyabr 2025-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində sayca üçüncü tədbir baş tutub.

QHT.az xəbər verir ki, bundan öncə keçirilmiş iki tədbir müharibə əlillərini, veteranları və şəhid ailələrini əhatə edib. Növbəti tədbir isə AKU Arenanın örtülü futbol meydançasında təşkil olunub. Tədbirdə “Vətən” Futbol Klubunun yeniyetmə və gənclərdən ibarət dörd komandası iştirak edib.

Layihə rəhbəri, QƏQİB-in sədri Qazi Firidun Məmmədov tədbirin əvvəlində şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi və Dövlət Himninin səsləndirilməsini təklif edib.

Çıxışı zamanı sədr layihənin həyata keçirilməsində göstərdiyi böyük dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Layihənin əsas məqsədindən danışan Firidun Məmmədov qeyd edib ki, Vətənimizin azadlığı uğrunda xalqımız böyük rəşadət və fədakarlıq nümayiş etdirib.

O, on minlərlə qəhrəman Vətən övladının canını və sağlamlığını göz qırpmadan Vətən uğrunda fəda etdiyini vurğulayıb. Layihə rəhbəri, həmçinin, şəhid və qazilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Gənc idmançılara müraciət edən sədr bildirib ki, şəhid və döyüşçülərimizə olan münasibətin ən gözəl nümunəsi Ali Baş Komandan tərəfindən göstərilib. Onun sözlərinə görə, azad Vətənimizin gənclərinin üzərinə düşən ən mühüm vəzifə nümunəvi, vətənpərvər gənc olmaq və bütün gücünü Vətənə xidmətə sərf etməkdir.

Tədbirin sonunda şəhid və qazilərimizin xatirəsinə komandalar arasında yoldaşlıq görüşü keçirilib. Daha sonra doğum günləri olan Qazi Rüzigar və gənc futbolçu Mahmudun şərəfinə tort kəsilib, iştirakçılara hədiyyə paketləri təqdim olunub.

Sonda Firidun Məmmədov AKU Arenanın və Vətən Futbol Klubunun rəhbərliyinə təşəkkürünü bildirib və layihə çərçivəsində tədbirlərin davam etdiriləcəyini qeyd edərək görüşü yekunlaşdırıb.

 

Chosen
66
qht.az

1Sources