EN

Messi ilə müqayisəsindən danışdı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo argentinalı ulduz Lionel Messi ilə müqayisəyə münasibət bildirib.

Azreform.info ” xəbər verir ki, bu barədə o, britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində danışıb. 

“Messinin məndən daha yaxşı olduğunu düşünənlərlə razı deyiləm. Mən sadəcə təvazökar olmaq istəmirəm”, – deyə o söyləyib.

Qeyd edək ki, Ronaldo karyerası ərzində 5 dəfə “Qızıl top” qazanıb, 5 dəfə Çempionlar Liqasının qalibi olub və Portuqaliya yığması ilə Avropa çempionluğu əldə edib. O, həmçinin milli komandalar səviyyəsində 143 qol vurmaqla dünya rekordu sahibidir. Ümumilikdə Ronaldo peşəkar karyerasında 952 qol vurub.

Messi isə “Barselona”nın yetirməsidir. O, 2003-2021-ci illərdə klubun heyətində 835 oyunda 709 qol vurub, 4 dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə Argentina ilə dünya çempionu titulunu qazanıb. Bundan əlavə, ulduz futbolçu iki dəfə Amerika Kubokunun qalibi olub və PSJ-də də çıxış edib.

Chosen
69
14
azreform.info

10Sources