EN

Ermənistan silah tədarükündə Azərbaycanla Vaşinqton razılaşmalarını nəzərə alacaq

"Ermənistan silah və hərbi texnika satın almağa davam edəcək, lakin o, avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzaladığı Bəyannaməni nəzərə almaya bilməz".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında  Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

 

Bununla da nazir, görünür, ölkənin hərbi-texniki siyasətinin yenidən nəzərdən keçiriləcəyinə işarə edib.

 

Onun sözlərinə görə, İrəvan və Bakı arasında ABŞ-da əldə olunmuş razılaşmalar mühüm məqamdır və bunların öz nəticələri olacaq.

Chosen
36
1
senzor.az

2Sources