EN

Azərbaycanın ABŞ-dakı Səfirliyi digər ştatlarda səyyar konsulluq xidməti təşkil edir

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın digər ştatlarında yaşayan Azərbaycan vətəndaşlarının konsulluq xidmətlərindən mümkün istifadəsini daha da əlçatan etmək məqsədilə Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən səyyar konsulluq xidməti təşkil edilir.

Səfirlikdən hafta.az-a verilən məlumata görə, noyabrın 9-da Çikaqo, noyabrın 11-də Filadelfiya, dekabrın 27-də Hyuston şəhərində vətəndaşlar üçün səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Adıçəkilən ştatlarda konsulluq xidmətlərindən yararlanmaq istəyən vətəndaşların aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

İllinoys

Pensilvaniya

Texas

Səyyar konsulluq xidmətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər aşağıda qeyd olunan əlaqə vasitəsilə səfirliyə müraciət edə bilərlər.

Telefon: +1(202)556-9391

Elektron poçt ünvanı: [email protected]

Noyabrın 1-də Nyu-York və ətraf ştatlarda yaşayan vətəndaşlar üçün səyyar konsulluq xidməti təşkil edilib. Səyyar konsulluq xidməti zamanı 40-dan çox Azərbaycan Respublikasının vətəndaşı ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış şəhadətnaməsi"nin (laissez-passer) rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün müraciət ediblər.

Chosen
36
3
hafta.az

4Sources