EN

“Qarabağ” - “Çelsi” oyununu boykot etmək çağırışı - Bilet qalmaqalına hiddətli reaksiya

Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində qeçiriləcək "Qarabağ" - "Çelsi" oyununun biletləri ilə bağlı yaranmış qalmaqal azarkeşlərin hiddətinə səbəb olub.

Missiya.Az xəbər verir ki, biletlərin qara bazarda satışa çıxmasına etiraz edən azarkeşlər sosial şəbəkələrdə qarşılaşmanı boykot etmək çağırışı edirlər.

"Biz sayt vasitəsilə biletlərin əldə olunmasında yaranmış problemi süni hesab edirik və bilirdik ki, bunun nəticəsi qara bazarın işə salınması ilə nəticələnəcək. Elə bir gün sonra sosial şəbəjələrdə bilet satışı ilə bağlı elanlar yayılmağa başladı. 10 manatlıq biletlər 30, 40 manata təklif olundu. Ona görə də hamılıqla oyunu boykot etməlitik. Qoy həmin saxta yollarla əldə olunmuş biletlər elə qara əllərdə də qalsın. Eybi yoxdur, sevimli komandamızın oyununa televizordan baxarıq. Amma qara bazardan bilet almamalıyıq ki, gələcəkdə belə hallar təkrarlanmasın" deyə, azarkeşlərdən biri bilet qalmaqalına qəzəbli reaksiya verib. Qeyd edək ki, bu çağırışa yüzlərlə dəstək rəyləri yazılıb.

ElcanMissiya.Az

Chosen
92
missiya.az

1Sources