EN

“Arsenal” Qabriel Jesusa qapını göstərdi

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Arsenal” rəhbərliyi qış transfer pəncərəsi öncəsi hücum xəttində ciddi dəyişikliklər planlaşdırır.

Fanat.Az xəbər verir ki, 365 Scores nəşrinin məlumatına görə, London klubu braziliyalı forvard Qabriel Jesusu satış siyahısına daxil edib.

Məlumata əsasən, “topçular” 27 yaşlı futbolçu üçün 30 milyon avro civarında təklif gəldiyi halda onu buraxmağa hazırdır. Klub rəhbərliyi Jesusa yüksək maaş ödəmək istəmir və bu səbəbdən onun satılmasını ən real variant kimi görür.

Qabriel Jesus 2022-ci ildə “Mançester Siti”dən “Arsenal”a transfer olunmuş, lakin son aylarda zədələr və forma itkisi səbəbindən əsas heyətdəki yerini itirmişdi.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
71
2
fanat.az

3Sources