EN

Valdas Dambrauskas: “Yaxşıya doğru dəyişəcəyimizə inanıram”

“Çox çətin oyun alındı”.

İdman.Biz bildirir ki, bu sözləri “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ” ilə oyundan sonra deyib.

“Döyüşkən komandaya qarşı oynadıq. Sürətli futbolçulara sahib komanda ilə oynamaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Biz çalışırdıq ki, rəqibi qapımızdan daha uzaq saxlayaq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xalı əldə etdik. Daha çox oyunlarımız var. Yaxşıya doğru dəyişəcəyimizə inanıram”, - çalışdırıcı vurğulayıb.

Qeyd edək ki, “Sabah” – “Qəbələ” qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə bitib.

İdman.Biz

Chosen
57
1
idman.biz

2Sources