EN

Ermənistan prezidenti Qətərə səfər edib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak etmək üçün Qətərə səfər edib.Bu barədə Ermənistan KİV xəbər verir.

Tədbir 4-6 noyabr tarixlərində Dohada keçiriləcək.

BMT-nin ev sahibliyi etdiyi sammitin məqsədi 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirmək üçün yoxsulluq, bərabərsizlik və sosial təcridlə mübarizə aparmaq, layiqli əməyi təşviq etmək və sosial ədaləti gücləndirmək üçün beynəlxalq səyləri stimullaşdırmaqdır.

Chosen
65
3
anews.az

4Sources