EN

"Demək olar ki, 90 dəqiqə top bizdə oldu" - Elvin Həsənov

2-ci Liqanın 7-ci turunda "Göygöl"ü qəbul edən iddialı "Şəki Siti" 2 xal itirdi. 

0:0 hesabı ilə başa çatan oyundan sonra Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənov fikirlərini Fanat.Az-a bölüşdü:

"Rəqibi təhlil etmişdik. Onların "Baku Sportinq" ilə kubok oyununu da izləmişdik. Bilirdik ki, müdafiədən oynayacaqlar. 10 nəfərlə müdafiəyə oturmuş komandaya qarşı oynamaq 2-ci Liqada çox çətindir. Çünki sıx mudafiəni yarmaq üçün yüksək səviyyən olmalıdır ki, say üstünlüyü yaradasan. Demək olar ki, 90 dəqiqə top bizdə oldu. Yaratdığımız epizodlardan istifadə edə bilmədik. 90+1-ci dəqiqədə 11 metirlik cərimə zərbəsi qazansaq da, bu imkanı da boşa verdik. 

Dəyişən bir şey yoxdur. Eyni hədəf uğrunda mübarizəyə davam edəcəyik. Bu oyundan nəticə cıxarmalı, səhvlərimiz üzərində işləməliyik. Birgünlük istrahətdən sonra çempionatın növbəti oyununa hazırlaşacağıq. "Göygöl"ə uğurlar arzulayıram. Futboldur, udmaq da var, uduzmaq da, hec-hecə etmək də... Əsas olan nəticə çıxarmaqdır".

Nihat

Chosen
41
1
fanat.az

2Sources