EN

Gündə 5 saat yatmaq normaldırmı və niyə bəzi insanlar üçün bu qədər kifayətdir?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əgər siz gecə saat 23:00–00:00 radələrində yatıb səhər saat 4:00–5:00 arası oyanırsınızsa, bu xüsusiyyət sizə də xas ola bilər.

Qaynarinfo "Your Tango"ya istinadən xəbər verir ki, belə insanlar nadir rast gəlinən "qısa yuxu geni" adlı genetik mutasiyaya sahib ola bilərlər.

Alimlərin sözlərinə görə, insanın sutkalıq bioloji ritmi genetik olaraq müəyyənləşə bilər və yuxu rejimi irsi xüsusiyyət ola bilər.

"Qısa yuxu geni — insanlara az yataraq normal fəaliyyət göstərməyə imkan verən genetik mutasiyadır. Belə insanlar gecə altı saatdan az yatsalar da, özlərini tam dincəlmiş hiss edirlər. Onlarda nə yuxusuzluq, nə yorğunluq müşahidə olunur. Onlar cəmi dörd saat yatdıqdan sonra belə özlərini gümrah və günə hazır hiss edirlər. Bu mutasiya irsidir", deyə məqalədə qeyd olunur.

Bu gen çox nadir rast gəlinir, lakin onun daşıyıcıları gecə 5 saat və ya daha az yuxudan sonra belə tam oyaq və enerjili qalırlar.

Nəşr bu xüsusiyyətə malik insanların üç əsas cəhətini sadalayıb:

Yüksək məhsuldarlıq

Araşdırmalara əsasən, az yatan insanlar adətən daha iddialı, pozitiv, ünsiyyətcil və optimist olurlar. Alimlər bildiriblər ki, bu genetik mutasiya yuxusuzluğun adətən səbəb olduğu mənfi nəticələri – piylənmə, diabet, ürək-damar xəstəlikləri, depressiya və idrak pozuntularını – bu şəxslərdə aradan qaldırır.

Yaddaşın güclü olması

Az yatan insanlar həm daha çox məlumat yadda saxlaya bilir, həm də keçmiş xatirələrini daha tez-tez xatırlayırlar.

Kofein və gündüz yuxusuna ehtiyac olmaması

Adi insanlar üçün səhər qəhvəsi oyanmaq vasitəsidir. Lakin "qısa yuxu geni" daşıyıcıları nə kofeinə, nə də günorta yuxusuna ehtiyac duyurlar.

Massaçusets Ümumi Xəstəxanasının və Harvard Tibb Məktəbinin nevrologiya professoru Elizabet B. Klerman bildirib ki, az yatmağa öyrəşmiş insanlarla təbii olaraq az yatanlar arasında ciddi fərq var. Əsas fərq ondadır ki, təbii az yatan insanlar heç vaxt kofeinə və əlavə istirahətə ehtiyac hiss etmirlər.

"Alimlərin hesablamalarına görə, dünya əhalisinin təxminən 1 faizi bu genə malikdir. Başqa sözlə, hər 4 milyon insandan yalnız birində bu mutasiya mövcuddur", deyə "Your Tango" qeyd edir.

Məqalədə göstərilir ki, sizdə "qısa yuxu geni" ola bilər, əgər:

*davamlı olaraq 6 saatdan az yatıb, təbii şəkildə oyanırsınızsa;

*yuxu rejiminiz qeyri-adi dövrlərlə xarakterizə olunursa;

*6 saatdan az yuxudan sonra özünüzü gümrah və enerjili hiss edirsinizsə;

*az yatdığınız halda düşüncə aydınlığınızı qoruyursunuzsa;

*gündəlik həyat üçün nə kofein, nə də qısa yuxuya ehtiyacınız varsa;

*uşaqlıqdan az yatmağa öyrəşmisinizsə və özünüzü yaxşı hiss etmisinizsə;

*6 saatdan çox yatdıqda özünüzü halsız və yorğun hiss edirsinizsə.

Alimlər bildirirlər ki, bu fenomen geniş yayılmayıb və yuxusuzluğa qarşı orqanizmin adaptasiyası ilə qarışdırılmamalıdır — bu, tamamilə genetik əsaslı bir xüsusiyyətdir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
qaynarinfo.az

1Sources