EN

ABŞ-də hökumətin bağlanması hava nəqliyyatını iflic edə bilər

Nəqliyyat naziri Şon Daffi təhlükəsizlik riski yaranarsa, ölkənin hava məkanını bağlaya biləcəyini istisna etmir…

ABŞ nəqliyyat naziri Şon Daffi hökumət fəaliyyətinin dayandırılması (şatdaun) nəticəsində uçuş təhlükəsizliyinə təhdid yaranarsa, ölkə hava məkanının bağlana biləcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Federal Mülki Aviasiya Administrasiyası artıq bəzi hava limanlarında uçuşların sayını azaldıb. Səbəb – maaş almadan çalışan dispetçerlərin çatışmazlığıdır. Bloomberg bildirir ki, yalnız cümə günü ABŞ hava limanlarında 6200-dən çox reys gecikib, təxminən 500 uçuş isə ləğv edilib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər büdcə böhranı yaxın vaxtlarda həll edilməzsə, bu vəziyyət hava nəqliyyatının tamamilə dayanmasına səbəb ola bilər. ABŞ-da aviasiya sektoru gündəlik yüz minlərlə sərnişin daşınmasına cavabdeh olduğu üçün belə bir ssenari iqtisadiyyata milyardlarla dollar zərər vura bilər.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources