EN

Zelenski: Pokrovsk istiqamətində gərgin döyüşlər gedir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pokrovsk istiqamətində gərgin döyüşlər gedir, amma şəhəri nəzarətimizdə saxlayırıq.

"Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün qoşun növlərindən Pokrovsk və qonşu yaşayış məntəqələrinin müdafiəsinə hərbçilər cəlb olunub: "Rusiya ordusunun bütün hücumlarının qarşısı uğurla alınır. Hazırda vəziyyət bundan ibarətdir".

Qeyd edək ki, son günlər Rusiya ordusu əsas hücumlarını Donetsk vilayəti, Ukraynanın strateji şəhərlərindən olan Pokrovsk istiqamətinə yönəldib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
icma.az

2Sources