EN

Günəşdə son bir ayın ən güclü partlayışı qeydə alındı

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov Günəşdə son bir aydan çox müddət ərzində ən güclü günəş partlayışının qeydə alındığını açıqlayıb.

Doğru.az xəbər verir ki, alim RİA Novosti-yə açıqlamasında bildirib:

“Günəş indicə M5.0 səviyyəli alışma qeydə aldı – sentyabrın sonundan bəri ən güclü alovdur.”

 

Məlumata görə, pik emissiya Moskva vaxtı ilə saat 13:11-də baş verib. Əvvəlki ən güclü məşəl isə sentyabrın 28-də M6,4 maqnitudada müşahidə olunub.

Boqaçov qeyd edib ki, hazırda istiqaməti hələlik məlum olmayan böyük plazma kütləsi ejeksiyonunun əmələ gəlməsi prosesi davam edir.

Daha əvvəl institut bildirmişdi ki, günəş alovları 3I/ATLAS obyektinin hərəkətini sürətləndirə bilər.

DOĞRU.AZ

Chosen
59
dogru.az

1Sources