EN

PIMEC-2025 sərgisində POLİQON JURNALI və “Shibli” şirkəti arasında görüş keçirilib

PIMEC-2025 sərgisinin ilk günündə Pakistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Shibli” şirkətinin baş kommersiya direktoru Ayaz Şibli ilə POLİQON JURNALI-nın baş redaktoru Zaur Babaşov arasında görüş keçirilib.

“Poliqon” xəbər verir ki, POLİQON JURNALI-nın stendində baş tutan görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə olunub.

Görüş zamanı Azərbaycanda bir sıra layihələr həyata keçirən “Shibli” şirkətinin, ölkəmizdə birgə istehsal müəssisəsi yaratmağı planlaşdırdığı bildirilib. Bu müəssisənin məqsədi Azərbaycanın daxili tələbatını təmin etməklə yanaşı, Mərkəzi Afrika regionu üçün məhsul ixracatçısına çevrilməkdir.

Optik cihazların – termal kameralar, nişangahlar və durbinlərin istehsalı sahəsində ixtisaslaşmış “Shibli” məhsulları, dost və qardaş ölkələr olan Pakistan və Azərbaycanla yanaşı, həmçinin Yaxın Şərq və Afrika ölkələrinin Silahlı Qüvvələri tərəfindən də üstün tutulur.

PIMEC-2025 sərgisində “Shibli” şirkəti ən qabaqcıl məhsulları – MP PRO termal durbini və digər müasir sistemlərlə yanaşı, yeni nəsil EO və sərhəd nəzarəti həllərini də nümayiş etdirir.

Chosen
69
poliqon.az

1Sources