Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi, 15 ünvanı şəxsi avtomobillərin parklanma yerinə çevrilib. Həmin dayanacaq isə uşaqların oyun yerini və piyadaların hərəkət ərazisini tutub.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə bir-birinə zəncirlə bağlanmış tumbalar qurulub.
Sakinlər deyirlər ki, əslində, onlarda da təqsir yoxdur. Çünki həyət dardır, avtomobil dayanacağı isə yoxdur. Üstəlik, binaların dörd tərəfində də kafe və restoranlar var.
"Xəzər Xəbər" məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib.
Bundan sonra icra hakimiyyətinin əməkdaşları əraziyə gələrək süni dayanacaq yerini ləğv etdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.