EN

Hərəkətdə olan yük maşınından qoyun oğurladılar ŞOK HADİSƏ VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərəkətdə olan yük maşınından oğurluq edən şəxslərin görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyədə, Diyarbəkir-Şanlıurfa avtomobil yolunda baş verib.

Belə ki, səbətli motosikletdə olan iki nəfər hərəkətdə olan qoyun daşıyan yük maşınına arxadan yaxınlaşıblar. Motosikletdəki şəxslərdən biri yük maşınının arxa qapısını açaraq içəri girib və qoyunları bir-bir yük maşınından motosikletin səbətinə atıb. Bu arada oğurluğu kameraya çəkən avtomobilin sürücüsü siqnalla yük maşının sürücüsünə nə qədər xəbərdarlıq etsə də o, buna məhəl qoymayıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
avtosfer.az

1Sources