EN

Əliyev yeni mərhələyə start verdi 10 ildən sonra açıq xəbərdarlıq

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışı diqqət çəkib. Ölkə başçısı dilimizin yad təsirlərdən qorunmamasını təkcə mədəni məsələ kimi deyil, milli varlığın zəifləməsi kimi qiymətləndirib.

Sitat: “Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımı tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur”.

İlham Əliyev alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanların bu məsələni nəzərdə saxlamalı olduğunu da vurğulayıb.

Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, dövlət başçısının səsləndirdiyi fikirlər, həm dilçilik, həm də milli varlıq məsələsini ifadə edir:

“Prezidentin “bu, ya səhvdir, ya təxribatdır” ifadəsi, Azərbaycan dilinin taleyinə yönəlmiş məsuliyyətsiz münasibətə açıq xəbərdarlıq kimi qəbul oluna bilər. Əlbəttə, müstəqil dövlət üçün dilin saflığı artıq fərdi deyil, strateji məsələdir. Çünki dilin itməsi – düşüncənin, yaddaşın, milli şüurun özəziməsi deməkdir. Dövlət başçısı bu çıxışı ilə bir növ “milli oyanışın ikinci mərhələsini” başladır: dil sahəsində milli mübarizə mərhələsi! Necə ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk dönəmində Ziya Göyalp türk dilini imperiya mirasından təmizləyərək onu milli kimliyin sütununa çevirdi, bu gün İlham Əliyev də Azərbaycan dilinin təmizliyini dövlətçilik ideyasının mərkəzinə gətirir”.

Əkbər Qoşalı

Araşdırmaçı bildirib ki, dövlət başçısının mövzuya məhz alimlərin qarşısında toxunması onun  vacibliyini, eləcə də daha çox kimlərin öncüllük etməli olduğundan xəbər verir:

“Bununla belə, çağırış həm alimə, həm yazıçıya, həm də jurnalistə yönəlib. Çünki hər kəsin əlində bir “dil payı” var. O payın saflığı millətin bütövlüyüdür. Dilə yiyə durmaq isə Zəfərin mənəvi davamı və inkişafıdır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
globalinfo.az

1Sources