Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Vətən müharibəsinin şəhidi İlkin Ağaquliyev Şabrandan olan 20-ci şəhid kimi tarixə düşüb. Bu gün qəhrəmanımızın şəhadətindən 5 il ötür. Şabranın qəhrəman oğlu İlkin Ağaquliyev 2000-ci ildə dünyaya gəlib. Mingəçevirdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil alıb.2018-ci ildə hərbi xidmətə yollanıb və xidmətdən sonra MAXE kimi ordu sıralarında qalıb. Müharibə başlayan gündən İlkin ön cəbhədə vuruşub.
Sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də danışıb. Atasına deyib ki, “Qapımızdan bayraq as...” Atası isə “Özün qayıdıb asarsan” deyə cavab verib. Amma İlkin təkid edib və “Balaca bayraq asarıq” deyib.
Bu, onların son söhbəti olub...Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.