Azərbaycan güləşi tarixində ilk dəfə İslam Həmrəyliyi Oyunlarına seçim xarakterli görüşlər canlı yayımlanacaq.

Offsideplus.az xəbər verir ki, sabah 14:00-dan etibarən sərbəst güləş üzrə 3 çəkidə seçim qarşılaşmaları Azərbaycan Güləş Federasiyasının yutub kanalı vasitəsilə canlı yayımlanacaq. Bu barədə federasiyanın sosial şəbəkə səhifəsində məlumat yayılıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında güləş yarışları 12-15 noyabr tarixlərində baş tutacaq.