EN

“Köhnə çipli nömrələrlə bağlı yayılan məlumatlar əsassızdır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bildiyimiz kimi, avtomobillər üçün yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmayıb.

Bu qərardan sonra sürücülər arasında belə bir məlumat yayılıb ki, köhnə çipli nömrələr yeni nömrələrlə əvəz olunmasa, həmin sürücülərə cərimə yazılacaq.

Bəs bu, nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, bununla bağlı həyəcanlanmağa və narahat olmağa əsas yoxdur:

"Çünki bu barədə heç bir rəsmi açıqlama yoxdur ki, köhnə çipli nömrələrə cərimə tətbiq edilsin. Bilirik ki, çip əvvəllər məlumat bazası funksiyasını yerinə yetirən yaddaş qurğusu idi. İndi isə dövlət qeydiyyat nişanı kameralar tərəfindən aşkar edildikdə, məlumatlar digər mənbələrdən və bazalardan inteqrasiya olunur. Sığortası, texniki baxışı və sürücülük hüququ olan şəxslər barədə məlumatlar anında əldə edilir. Ona görə də çipə ehtiyac qalmayıb. Çipin olub-olmaması isə inzibati xəta hesab olunmur. Beləliklə, bu barədə yayılan iddialar əsassızdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
redaktor.az

2Sources