EN

Tütün istifadəçilərinin NƏZƏRİNƏ: Bu ərazilərdə siqaret çəkməyin cəriməsi var

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“İnzibatı Xətalar Məcəlləsində tütün istifadəsi ilə bağlı bir sıra cərimələr müəyyən edilib. Məcəlləyə əsasən, ictimai yerlərdə, yəni qadağan olunmuş ərazilərdə tütün çəkməyə görə 30 manat cərimə tətbiq olunur. Tütün məhsullarının tullantılarının ətraf mühitə atılması isə daha ciddi məsələ sayılır və bunun üçün 300 manat cərimə nəzərdə tutulub".Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.O, bildirib ki, nəqliyyat vasitələrində tütün istifadəsi ilə bağlı da xüsusi qaydalar mövcuddur:"Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 500 manat, dəmir yolu nəqliyyatında 40 manat, metropolitendə 50 manat, su nəqliyyatında isə 40 manatdır. Bu fərqlər tütünün istifadəsi zamanı yaranan risklərin və təhlükələrin müxtəlifliyinə görə müəyyən edilib".Vəkil bildirib ki, reallıqda bu cərimələrin tətbiqi nadir hallarda baş verir:"Buna baxmayaraq, qanunvericiliyin mövcudluğu gənclər və vətəndaşlar üçün siqaret və tütün istifadəsinin nəzarət altında saxlanmasına xidmət edir. Hər bir vətəndaşın məsuliyyətlə yanaşması və qaydalara əməl etməsi tövsiyə olunur".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
55
demokrat.az

1Sources