Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkisində iştirakını bəyan edib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Baş nazir rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasının proporsional siyahısında yer alacaq.
Xatırladaq ki, Ermənistanda parlament seçkisi 2026-cı ilin iyun ayında baş tutacaq.