EN

HƏMAS daha üç girovun cəsədini TƏHVİL VERDİ

HƏMAS daha üç girovun cəsədini İsrailə təhvil verib.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İçərisində cəsədlərin olduğu üç tabut noyabrın 2-də axşam saatlarında Qəzza zolağında Qırmızı Xaç tərəfindən təmsil olunan vasitəçilərə təhvil verilib, sonra onlar ekspertiza üçün İsrailə göndərilib.

İsrail Müdafiə Qüvvələri məhkəmə-tibbi ekspertizasının qalıqların həqiqiliyini təsdiqlədiyini bildirib. Onlar indi dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Girovların hər üçü hərbi qulluqçudur: polkovnik Asəf Hamami, kapitan Ömər Neutra və baş serjant Oz Daniel. Hər üçü 2023-cü il oktyabrın 7-də İsrailə qarşı terror aktı baş verən gün döyüşdə həlak olub, sonra cəsədləri Qəzzaya aparılıb.

Atəşkəs razılaşmasının bir hissəsi olaraq HƏMAS qruplaşma tərəfindən saxlanılan sağ qalan 20 girovun hamısını azad edib və bütün öldürülənlərin qalıqlarını təhvil verəcəyini vəd edib. 8 nəfərin meyiti hələ də təhvil verilməyib.

Yeganə

Chosen
63
busaat.az

1Sources