EN

Vitor Pereyra İngiltərədə uzunömürlü ola bilmədi

İngiltərə Premyer Liqası təmsilçisi “Vulverhempton” baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti rəsmi açıqlama yayaraq portuqaliyalı mütəxəssislə qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verildiyini bildirib.

Açıqlamada Pereyraya xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Vitor Pereyra “Vulverhempton”un sükanı arxasına bu ilin əvvəlində keçmiş, komandaya hücumameyilli oyun fəlsəfəsi gətirməyə çalışmışdı. Lakin son aylarda alınan nəticələr klub rəhbərliyini dəyişiklik qərarı verməyə vadar edib.

Kamil Xudiyev

Chosen
48
1
fanat.az

2Sources