EN

Xamenei: ABŞ-la əməkdaşlıq mümkün deyil...

İran lideri Vaşinqtonu sionizmi dəstəkləməkdə və region işlərinə qarışmaqda ittiham edib...

Poliqon xəbər verir ki, İranın ali dini lideri ayətullah Əli Xamenei ABŞ-la münasibətlər mövzusunda sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran Vaşinqtonla heç bir formada əməkdaşlıq edə bilməz, çünki Amerika Yaxın Şərqdə gərginliyin əsas səbəbkarlarından biridir.

“Amerikalılar zaman-zaman bildirirlər ki, guya İranla əməkdaşlıq etmək istəyirlər. Belə əməkdaşlıq mümkün deyil, çünki ABŞ lənətlənmiş sionist rejimi dəstəkləyir, Yaxın Şərqdə hərbi bazalar saxlayır və regionun daxili işlərinə davamlı şəkildə müdaxilə edir”, deyə Xamenei vurğulayıb.

İran liderinin sözlərinə görə, ABŞ-ın Yaxın Şərq siyasəti İsrailin maraqlarına xidmət edir və bu, regionda davamlı sülhün qarşısını alır. O qeyd edib ki, Tehran yalnız ədalətə, qarşılıqlı hörmətə və dövlətlərin suverenliyinə əsaslanan münasibətləri qəbul edir.

Xamenei həmçinin bəyan edib ki, İran heç bir xarici gücün diktəsi ilə hərəkət etməyəcək və ölkənin müstəqilliyini qorumaq Tehran üçün “qırmızı xətt” olaraq qalır.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu bəyanat ABŞ-la İran arasında mümkün diplomatik yaxınlaşma barədə yayılan şayiələrə cavab xarakteri daşıyır və Tehranın Vaşinqtona qarşı sərt xəttini bir daha təsdiqləyir.

Poliqon.info

Chosen
56
poliqon.info

1Sources