EN

"Qarabağ"ın rəqibində şok itki

Türkiyə millisinin və Almaniyanın “Ayntraxt Frankfurt” klubunun hücumçusu Can Uzun zədələnib.

Fanat.Az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, 19 yaşlı futbolçu Bundesliqanın 9-cu turu çərçivəsində keçirilən "Haydenhaym"la matç zamanı əzələ problemindən əziyyət çəkib və təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Gənc hücumçunun “Ayntraxt”ın noyabr və dekabr aylarında keçirəcəyi vacib qarşılaşmaları buraxacağı bildirilir. Klub həkimlərinin sözlərinə görə, Can Uzunun bərpa prosesi planlaşdırıldığı kimi getsə, o, yanvar ayında yenidən komanda ilə məşqlərə qoşula biləcək.

Bu mövsüm “Ayntraxt” forması ilə parlaq çıxış edən Can Uzun həm Bundesliqada, həm də Çempionlar Liqasında komandası üçün vacib oyunçu sayılır.

Kamil Xudiyev

Chosen
23
fanat.az

1Sources