EN

Ermənistanda Azərbaycan dilinin tədrisində məqsəd nədir? - Deputat AÇIQLADI

Xəbər verdiyimiz kimi, Ermənistanda 2025-2026-cı tədris ilində üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq.

Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, Ermənistan uzun illərdir Azərbaycanın öyrənilməsinə və araşdırılmasına böyük diqqət ayırır.

"Bu məqsədlə müxtəlif mərkəzlər yaradılır, məktəblərdə bu istiqamətə xüsusi önəm verilir və gənclər davamlı olaraq bu sahədə yetişdirilir. Bu addımlar, eyni zamanda, Ermənistanın daxilindəki sosial və siyasi prosesləri tənzimləmək məqsədi daşıyır. Ermənistanda bu istiqamətdə atılan addımlar davamlı olaraq müşahidə olunur. Məsələn, bir neçə gün əvvəl verilən məlumata görə, Ermənistan üç məktəbində Azərbaycan dilini tədris etməyə başlayacaq. Burada əsas məqsəd Azərbaycanı öyrənmək, tədqiq etmək və Azərbaycan dili üzrə mütəxəssislər yetişdirməkdir. Biz də ölkə olaraq bu sahədə öz töhfəmizi verməliyik. Bu, yalnız Ermənistanın öyrənilməsi deyil, həm də erməni dilində danışa biləcək mütəxəssislərin yetişdirilməsi məsələsidir. Biz də bu istiqamətdə mütəxəssislər yetişdirmək və onların formalaşmasına dəstək vermək üçün addımlar atmalıyıq. Müharibə sona çatsa da, bu sahədəki səylərimizi davam etdirməli və bu prosesə öz töhfəmizi verməliyik", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
45
1
redaktor.az

2Sources