EN

Azərbaycan və Rumıniya arasında audiovizual media sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı. Trend:

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkəninMilli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti,prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan iləgörüşüb.

Trend bu barədəAudiovizual Şuraya istinadən xəbər verir.

Görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədriİsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoruƏhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev,Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri QüdsiOsmanov və digər nümayəndələr iştirak etmişlər.

Azərbaycan və Rumıniya arasında audiovizual media sahəsindəəməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq istiqamətlərininmüzakirə olunduğu görüşdə Valentin-Aleksandru Jukan bildirmişdirki, Rumıniyanın media məkanında informasiya təhlükəsizliyi,rəqəmsal transformasiya və gənc jurnalistlərin təlim proqramlarıprioritet istiqamətlərdəndir. O, Azərbaycanla bu sahədə təcrübəmübadiləsinin hər iki tərəf üçün faydalı olacağını qeydetmişdir.

Valentin-Aleksandru Jukan, həmçinin, Rumıniyada tətbiq olunanDAS (Digital Alert System) – Rəqəmsal Xəbərdarlıq Sistemi barədəətraflı məlumat vermişdir. O bildirmişdir ki, bu sistem ölkə üzrəbütün televiziya və radio yayım şəbəkələrinə inteqrasiya olunub vəfövqəladə hallar, təbii fəlakətlər və ictimai təhlükəsizliklə bağlıvacib məlumatların əhaliyə real vaxt rejimində çatdırılmasını təminedir. DAS sistemi Rumıniyanın audiovizual sektorunda rəqəmsaltəhlükəsizlik və ictimai xəbərdarlıq mexanizmlərininavtomatlaşdırılmasını nəzərdə tutur. Sistem həm dövlət qurumları,həm də media tənzimləyici orqanlar üçün məlumat mübadiləsinisürətləndirərək, milli yayım şəbəkəsinin dayanıqlığınıgücləndirir.

Dəvətə görə rumıniyalı həmkarına təşəkkür edən İsmət SəttarovAzərbaycanda audiovizual media sahəsində görülən işlər, tənzimlənməprosesi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar vəgələcək planlar barədə ətraflı məlumat vermişdir. İsmət Səttarovqeyd etmişdir ki, iki ölkə arasında audiovizual media və onuntənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və dahayüksək mərhələyə qədəm qoyması üçün geniş imkanlar mövcuddur. O,əlavə etmişdir ki, həm Azərbaycan Respublikası Audiovizual Şurası,həm də Rumıniyanın Milli Audiovizual Şurası Qara Dəniz YayımTənzimləyici Orqanlarının Forumu BRAF-ın və Yayım TənzimləyiciOrqanların Avropa Platforması olan EPRA-nın fəal üzvləridirlər.

Əhməd İsmayılov tənzimləmə mexanizmlərinin beynəlxalqstandartlara uyğunlaşdırılması, televiziya və radio yayımındapeşəkar meyarların təkmilləşdirilməsi, həmçinin yayımçılarınqarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədəfikirlərini bildirmişdir.

Vüqar Əliyev çıxışında Azərbaycanın media sahəsində son illərhəyata keçirdiyi islahatlar, televiziya və rəqəmsal yayımsistemlərinin modernləşdirilməsi, həmçinin beynəlxalq mediaplatformalarına inteqrasiyası barədə məlumat vermişdir. O qeydetmişdir ki, Azərbaycan regionda müasir media infrastrukturunamalik ölkələrdən biridir və Rumıniya ilə birgə layihələr buistiqamətdə yeni imkanlar açır.

Səfir Qüdsi Osmanov iki ölkə arasında strateji tərəfdaşlıqmünasibətlərinin informasiya və media sahəsində də öz əksinitapdığını bildirmişdir. O qeyd etmişdir ki, bu əməkdaşlıq yalnızinformasiya mübadiləsi ilə məhdudlaşmamalı, həm də rəqəmsal yayım,kontent istehsalı və mədəni diplomatiya sahələrində yenitəşəbbüslərlə zənginləşməlidir.

Görüşdə tərəflər media tənzimləməsi, yayım etikası,dezinformasiya ilə mübarizə, audiovizual istehsal bazarınıninkişafı kimi məsələlər ətrafında fikir mübadiləsiaparılmışdır.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
64
2
az.trend.az

3Sources