EN

Ukrayna ordusu Saratov neft emalı zavodunu vurdu – İldə 4.8 milyon ton neft emal olunurdu...

Ukrayna ordusunun bölmələri noyabrın 3-nə keçən gecə Rusiyanın Saratov vilayətində yerləşən Saratov Neft Emalı Zavoduna (NƏZ) zərbə endirib.

Hurriyyet.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, dron hücumu nəticəsində zavodun “ELOU AVT-6” kompleksindəki neft emalı qurğularında güclü yanğın baş verib. 

“Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim müəssisələrindən biridir. 2023-cü ildə burada 4,8 milyon ton neft emal olunub. Zavod Rusiya Silahlı Qüvvələrinin yanacaq tələbatının təminatında iştirak edir”, - məlumatda qeyd olunur.

Ukrayna Baş Qərargahı əlavə edib ki, həmin gecə işğal olunmuş Luqansk vilayətində də bir sıra Rusiya logistik obyektlərinə zərbələr endirilib.Xüsusilə, Roskoşnoye qəsəbəsindəki maddi-texniki təchizat anbarı və Doljansk şəhərində yanacaq-sürtkü materialları daşıyan dəmir yolu vaqonları məhv edilib.

Rusiya Müdafiə Nazirliyi isə ənənəvi qaydada hücumu “uğurla dəf etdiyini” iddia edib. Nazirliyin açıqlamasına görə, gecə ərzində guya 64 Ukrayna dronu vurulub, onlardan 29-u Saratov vilayəti üzərində məhv edilib.Lakin yerli “Telegram” kanalları və şahidlərin videoları partlayışların məhz zavod ərazisində baş verdiyini təsdiqləyib.

Qeyd edək ki, son aylarda Ukrayna ordusu Rusiyanın arxa cəbhəsində yerləşən yanacaq emalı və logistika obyektlərinə zərbələri intensivləşdirib.Bu hücumların məqsədi Rusiya ordusunun döyüş zonasına yanacaq tədarükünü çətinləşdirmək və hərbi texnikanın təminat zəncirini pozmaqdır.

AzPolitika.info

Chosen
30
hurriyyet.az

1Sources