EN

Yuxuya gedərkən baş verən qeyri-adi hisslər nədən xəbər verir?

Yuxuya gedəndə niyə qeyri-adi hisslər baş verir?

Publika.az xəbər verir ki, bunun səbəbini pulmonoloq və somnoloq Serqey Lojkin "Lenta.ru"ya danışıb.

Həkim deyib ki, bir çox insanlar ən azı bir dəfə yuxuya getdikləri zaman kiminsə adını çağırması hissini, gözləri qarşısında güclü işıq çaxmasını, bir neçə anlıq qapalı gözləri qarşısında canlı görüntü və qeyri-adi görüntülərin görünməsini yaşayıb.

Onun sözlərinə görə, tibbdə hipnaqoji hallüsinasiyalar (yuxuya gedən zaman yaranan və çox real görünən, lakin qeyri-real olan xəyali duyumlar) kimi tanınan bu fenomen insan yuxuya gedərkən baş verir.

Lojkinin fikrincə, yuxuya gedən zaman hallüsinasiyalar canlı və çox real ola bilər. Ancaq insan tamamilə yuxuya gedən kimi yox olurlar.

Chosen
25
publika.az

1Sources