EN

“Hizbullah”ın daha bir komandiri öldürüldü


İsrail Livanın “Hizbullah” hərəkatının daha bir komandirini öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Hizbullah” hərbi rəhbərliyinin üzvü Məhəmməd Əli Hədid İsrail pilotsuz təyyarəsinin vurduğu maşında olub.
Hadisə Nəbatiyə şəhərində (Beyrutdan 70 km məsafədə) baş verib. PUA avtomobilə dəyib, yanğın başlayıb və içəridə olan Əli Hədid aldığı xəsarətlərdən dünyasını dəyişib.
Chosen
59
yeniavaz.com

1Sources