EN

“Finlandiya yeni nüvə dövrünə keçib” – Stubb

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, dünya yeni nüvə dövrünə qədəm qoyub.

Busaat.az xəbər verir ki, o, bu barədə Milli Müdafiə Kursunun açılışında deyib:

“Böyük dövlətlər arasında strateji sabitlik dəyişir. Biz yeni nüvə dövrünə qədəm qoyduq, burada təəssüf ki, nüvə silahının rolu artır”.

O, əlavə edib ki, Finlandiya üçün bu vəziyyət bir çox yeni elementləri ehtiva edir.

“Birlikdə çəkindirməni necə qurmalı, eskalasiyanı necə idarə etməli. Bunlar Finlandiya kimi kiçik bir ölkə olaraq əvvəllər müstəqil olaraq düşündüyümüz məsələlərdir. Təbii ki, qlobal vəziyyət də fərqli idi”,-deyə Stubb bildirib.

Yeganə

 

 

Chosen
47
busaat.az

1Sources