EN

Bu ölkədə qülləUÇDU

Romanın mərkəzində Torre dei Conti qülləsinin bir hissəsi uçub.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, tikilinin bir hissəsi təmir işləri zamanı çöküb. Hadisə anında fəhlələr dayaq iskələlərində işləyirmiş və uçqundan sonra orada qalıblar. Onlardan biri, 64 yaşlı kişi, dağıntılar altından çıxarılıb və baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Daha bir nəfər hələ də dağıntılar altındadır. İki nəfər isə yüngül xəsarətlər alıb və xəstəxanaya aparılmaqdan imtina ediblər.

Hadisə yerində avtokran və xüsusi texnika ilə təchiz olunmuş üç yanğınsöndürmə briqadası işləyir. Piazza Venezia komandirliyinə tabe karabinerlər ərazini mühasirəyə alıb və tarixi obyektin uçmasının səbəblərini araşdıracaq.

Roma prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb. Hadisə yerində istehsalat qəzaları üzrə ixtisaslaşmış məhkəmə polisinin əməkdaşları da fəaliyyət göstərir. İstintaq orqanları işlərin bərpası və baş verən qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün texniki ekspertiza aparacaq.

Torre dei Conti qülləsi Kolizey və Roma Forumunun yaxınlığında yerləşir. İlk tikili 858-ci ildə inşa olunub və dörd Roma papası, bir anti-papa və çox sayda kardinal yetişdirmiş məşhur Conti nəslinə məxsus olub. 1349-cu ildə baş verən zəlzələdən sonra bina yaşayış üçün yararsız vəziyyətə düşüb. Sonrakı dövrlərdə aparılan yenidənqurma və bərpa işlərindən, eləcə də təbii fəlakətlərdən sonra bu günədək yalnız qüllənin aşağı hissəsi qorunub qalıb.

Aytəkin TOFİQQIZI

Chosen
62
redaktor.az

1Sources