EN

İslamiada: Azərbaycanı muaytay növündə təmsil edəcək idmançılar bilindi

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı muaytay növündə təmsil edəcək idmançılar bəlli olub.

Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, ölkəmiz yarışlarda 4 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Xəyal Əliyev, Emili Rzayeva, Əli Əliyev və Səlahəddin Qocazadə güclərini yoxlayacaqlar.

Qeyd edək ki, Oyunlar noyabrın 7-dən 21-dək təşkil olunacaq.

Chosen
21
1
90deqiqe.az

2Sources