Romanın mərkəzində tarixi QÜLLƏ ÇÖKDÜ
Ajans.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri yazıb. "Largo Corrado Ricci meydanında bərpa işləri aparılan Torre dei Conti qülləsinin bir hissəsi çöküb", - deyə məlumatda bildirilir. Bildirilir ki, hazırda xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar. Hadisə noyabrın 3-də yerli vaxtla təxminən saat 11:20-də (Bakı vaxtı ilə 14:20-də) baş verib. İlkin məlumata görə, çökmə nəticəsində bir işçi xəsarət alıb, digər dörd nəfər qüllənin yuxarı hissəsində ilişib qalıb, lakin xilas edilib. Hazırda yanğınsöndürənlər birinci mərtəbədə dağıntı altında qalan daha bir kişini xilas etməyə çalışırlar.