Qadın voleybolçular arasında Yüksək Liqanın I turundan təxirə salınmış oyun keçiriləcək. "Rekord.az" xəbər verir ki, noyabrın 6-da Yüksək Liqanın I turundan təxirə salınmış “Gənclər” və “Murov Az Terminal” qarşılaşması baş tutacaq.

Oyun  AVF-nin idman zalında saat 16:30-da təşkil olunacaq.

Qeyd edək ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında çıxış etdiyi üçün hazırda Yüksək Liqaya fasilə verilib.


Yüksək Liqa (qadınlar)

I tur (Təxirə düşən oyun)

6 noyabr

   16:30. “Gənclər” – “Murov Az Terminal”