EN

İrəvan Azərbaycanla razılaşmalara əməl etməsə, Türkiyə-Ermənistan normallaşması mümkün deyil - Mustafa Destici 

Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu kimi, bundan sonra da iki qardaş ölkə bir-birini dəstəkləməyə davam edəcək.

Ölkə.az xəbər verir ki, bunu Türkiyən Böyük Birlik Partiyasının (BBP) sədri, millət vəkili Mustafa Destici Bakıya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Partiya sədri ilk olaraq Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycan Ordusunun qazandığı bu böyük qələbə bizi qürurlandırır”.

İki qardaş ölkə arasındakı münasibətlərə toxunan Mustafa Destici deyb ki, hər iki dövlət Şuşa Bəyannaməsinin müddəalarına ən yüksək səviyyədə əməl edir: 

“Türk Dövlətləri Təşkilatı da (TDT) bu istiqamətdə nüfuzunu artırır. Həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də Prezident İlham Əliyev təşkilatın güclənməsində nümunəvi liderlərdir. Onlara təşəkkür edir, TDT-nin daha güclü gələcəyə irəliləyəcəyinə inanırıq”.

BBP sədri həmçinin bildirib ki, Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi mümkün olmayacaq:

“Bundan sonra Ermənistan yalnız Azərbaycanla masa arxasına oturduqdan sonra Türkiyə ilə görüşə biləcək”.

Destici Zəngəzur dəhlizinin bütün Türk dünyası və region ticarəti üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu dəhliz həm Türk dünyasının birləşməsi, həm də Ermənistanın dünyaya açılması baxımından mühüm rol oynayacaq”.

Destici sonda onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur:

“Biz hər zaman Azərbaycanın acısını acımız, sevincini sevincimiz bilmişik və bu, daim belə olacaq”.

Mürtəza

Chosen
15
1
olke.az

2Sources