EN

“Bu halda ABŞ iqtisadiyyatı cəhənnəmə gedəcək” – Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ali Məhkəmə tariflərin qanunsuz olduğuna qərar verərsə, ölkə iqtisadiyyatı cəhənnəmə gedəcək.

Busaat.az xəbər verir ki, o, bu mövqeyini “CBS News”-a müsahibəsində açıqlayıb.

Aparıcı Trampdan Ali Məhkəmənin gömrük rüsumlarının qeyri-qanuni elan edilməsi ilə bağlı mümkün qərarının ABŞ iqtisadiyyatına necə təsir edəcəyini soruşub. “Düşünürəm ki, ölkəmiz yersiz əziyyət çəkəcək. Hesab edirəm ki, iqtisadiyyatımız cəhənnəmə gedəcək”, – ABŞ prezidenti cavab verib. “Hesab edirəm ki, bu, son 100 ildə Ali Məhkəmədə müzakirə olunacaq ən vacib məsələdir”, – o vurğulayıb.

ABŞ Ali Məhkəməsi ABŞ administrasiyası tərəfindən tətbiq edilən çoxsaylı tariflərin qanuniliyini yoxlamaq üçün noyabrın 5-nə dinləmə təyin edib. Məhkəmə, bir qrup biznes nümayəndəsinin tariflərin qanunsuz olduğunu və şirkətlərinə zərər vurduğunu iddia edərək ABŞ hökumətinə qarşı iddia qaldırdıqdan sonra başlayıb.

Avqustun 29-da ABŞ-ın Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verdi. Sentyabrın 4-də Tramp administrasiyası qərarı ləğv etmək üçün Ali Məhkəməyə müraciət edib.

Yeganə

 

Chosen
30
busaat.az

1Sources