Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə olunmur.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə diplomatik mənbəsi bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar davam edir:
“Hazırda söhbət konkret olaraq sərhədlərin açılmasından yox, münasibətlərin normallaşdırılmasından gedir. Bu məsələ prosesin gedişindən asılı olacaq; hələ ki, konkret vaxt qrafiki yoxdur”.