EN

“Bu hücumlar sülhə qarşı yönəlib” – Ərdoğan

“İsrail Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasının və Zolaqda yenidənqurma prosesinə keçidin qarşısını almaq üçün əlindən gələni edir”.

Busaat.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İsraildə atəşkəs razılaşmasından bu yana 200-dən çox günahsız insanın ölümünə səbəb olan, müxtəlif bəhanələr arxasında gizlənən və işğalını davam etdirən bir idarə ilə qarşı-qarşıyayıq. Bu hücumlar sülhə qarşı yönəlib.

Lakin İsrailin bu cür hərəkətləri Fələstin məsələsinin ədalətli və davamlı həlli axtarışlarımıza heç vaxt mane olmayacaq. İndiki mərhələdə Qəzza sakinlərinə humanitar yardımı artırmalı, sonra yenidənqurma işlərinə başlamalıyıq”.

Yeganə

 

Chosen
21
busaat.az

1Sources