Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova həmkarı Şəbnəm Tovuzlunun ünvanına sərt sözlər deyib. Axşam.az-a açıqlama verən Şəbnəm qarşı tərəfin "Şəbnəmdən zəhləm gedir" sözlərini anlamadığını bildirib. O qeyd edib ki, aralarında heç bir mübahisə yaşanmayıb:
"Son vaxtlar efirdə haqqımda aqresiv fikir bildirən, insanlar arasında dəyəri olmayan "adamlar" haqqında danışmaq istəmirəm. Bu sözləri mənə dəyərli bir sənətkar, sənətçi söyləsəydi, özümdə bir qəbahət görərdim".
Tarix: 3 Noyabr 2025, 15:44