EN

Şəhərin mərkəzində tarixi qala uçdu: xəsarət alanlar var bu ÖLKƏDƏ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində, İmperator forumları ərazisində tarixi qala - Torre dei Conti qismən dağılıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Bildirilir ki, Largo Corrado Ricci meydanında yerləşən və hazırda bərpa işləri aparılan qalanın bir hissə uçub. İlkin məlumata görə, uçqun nəticəsində bir işçi xəsarət alıb, daha dörd nəfər isə qaladan yuxarı hissədə qalıb, lakin xilas ediliblər.

Hazırda yanğınsöndürənlər hələ də bir kişinin birinci mərtəbədə qalaraq bloklanmış vəziyyətdə olduğunu bildirir və onu xilas etmək üçün əməliyyat aparılır.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
redaktor.az

2Sources