EN

Azərbaycan qadın basketbol millisi “Nesine Aydın Spor”la yoldaşlıq oyunu keçirəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin “Nesine Aydın Spor” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.

Bu matç Azəbaycan yığmasının AVRO-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.

İdman.Biz

Chosen
44
5
idman.biz

8Sources