“Azərbaycan Respublikasının Kino Agentliyi” public hüquqi şəxsi Bakı şəhəri, Xətai rayonu, Yeryomenko 73 ünvanında yerləşən ofis sahəsinin istifadəsi xidmətinə ödədiyi vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, ödənilən məbləğ 550 755 AZN-dir.
Agentlik və ofis sahəsinin sahibi Rasim Səlim oğlu Rzayev arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 3 Noyabr 2025, 15:32